Bakı. Trend:
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb.
Trend-in məlumatına görə, ötən gün 1990-cı il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Vazgen Xaçatryan yol qəzası nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, sentyabrın 2-si axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan 1996-cı il təvəllüdlü əsgər Vanik Gevorkyan intihar edib.