Bakı. Samir Əli - Trend:
İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət göndərib.
Trend-in məlumatına görə, hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub. Lakin o bu günə qədər məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.
Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa vasitələrə əl atacağını da bildirib.