...

Ehtiyatda olan polkovnik: Ermənistan öz uğursuzluğunu ört-basdır etmək üçün yenə yalan və iftiraya əl atır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2020 10:09 (UTC +04:00)
Ehtiyatda olan polkovnik: Ermənistan öz uğursuzluğunu ört-basdır etmək üçün yenə yalan və iftiraya əl atır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan tərəfi güclü Azərbaycan ordusu qarşısında aciz və köməksiz durumda qaldığı üçün Azərbaycan tərəfindən guya muzdluların döyüşməsi ilə bağlı ortaya cəfəng fikirlər atır.

Bunu Trend-ə ehtiyatda olan polkovnik Hikmət Ağayev deyib.

O bildirib ki, Ermənistan cəbhədə öz uğursuzluqlarını ört-basdır etmək üçün həmişəki kimi yalan və iftiraya əl atır: “Bu gün Azərbaycanın güclü ordusu var və ordumuzun heç nəyə ehtiyacı yoxdur. Ermənilərin dediyi sadəcə şayiə və dezinformasiyadır. Əgər Ermənistanda bununla bağlı hər hansı bir dəlil varsa, qoysun ortaya. Bir dəlil ortaya qoymaq da mümkün deyil, çünki belə bir şey yoxdur. Ermənistan tərəfi yalan danışır və öz uğursuzluqlarını bu cür cəfəng fikirlərlə ört-basdır etməyə çalışır.

Azərbaycan ordusunun nailiyyətləri göz qabağındadır. Azərbaycan ordusunun təminat-təchizat baxımından bütün məsələləri dövlət tərəfindən yüksək səviyyədə həll olunur, şəxsi heyəti tam komplektləşdirilib. Ordumuzun kənardan heç nəyə ehtiyacı yoxdur.

Muzdlular Ermənistan tərəfindən döyüşür, Azərbaycan tərəfindən deyil. Azərbaycan ordusunun məhv etdiyi ermənilər arasında mudzluların da olduğu hər kəsə bəllidir. Muzdlulardan, terrorçulardan istifadə etmək erməni ənənəsinə aiddir. İndiyə qədər ermənilər tərəfdən döyüşən kifayət qədər muzdlular və terroçularu Azərbaycan ordusu məhv edib.

Hazırda Azərbaycan ordusu işğal edilmiş ərazilərimizi azad etmək üçün uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Ordumuz öz sözünü deyəcək və hamımız bunun şahidi olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti