...

Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz - Türkiyə XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 17:36 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz - Türkiyə XİN

Bakı. Trend:

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb.

Trend-in məlumatına görə, nazir bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz:

“Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik”.

Onun sözlərinə görə, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində BMT Təhlükəsizlik Şurası, ATƏT və AŞ PA-nın qərar və qətnamələrinə uyğun olaraq nəzarət bərpa etmək istəyir:

“Ermənistan işğalı dayandırmalı və dinc sakinlərə bilərəkdən hücumlarına, atəşkəs rejiminin daim pozduğuna görə məsuliyyət daşımalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti