...

Abxaziyalı separatçı Dağlıq Qarabağa muzdlu dəstə yollayır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2020 16:51 (UTC +04:00)
Abxaziyalı separatçı Dağlıq Qarabağa muzdlu dəstə yollayır (FOTO)

Bakı. Trend:

Donbasdakı fəaliyyəti ilə tanınmış terrorçu Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağda döyüşlərə yollanacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna mediasında xəbər yayılıb.

Qeyd olunub ki, Axra Avidzba Abxaziyadan olan etnik ermənilərdən qrup toplayıb. Onlar bu günlərdə Qarabağda döyüşmək üçün yola düşəcəklər. Hələlik qruplaşmanın neçə nəfərdən ibarət olacağı barədə məlumat yoxdur.

Sosial şəbəkə üzvləri isə “etnik ermənilər”in fotoları çəkilən yerə diqqət etdikdə oranın Rusiyanın Soçi şəhəri olduğunu bildiriblər. Qeyd olunub ki, Rusiya Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmir və həmin şəxslər etnik erməni deyil, əsl muzdlulardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti