Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar "Sükutu birlikdə pozaq" devizi ilə internet kampaniyası aparılır. Aksiyanın təşkilatçılarından olan Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) Trend ə bildirilib ki, kampaniya çərçivəsində bütün beynəlxalq təşkilatların, xarici dövlətlərin rəsmi internet saytlarına Xocalı qoyqırımı, Azərbaycan torpaqlarına erməni təcavüzü barədə məlumatlar, müraciətlər göndəriləcək.
Aksiyaya fevralın 20-də daha 4 təşkilat - Millətçi Demokratlar Hərəkatı, Qərbi Azərbaycan Azadlıq Təşkilatı, Siyasi Yazarlar birliyi və Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı da qoşulub. Kampaniyanın keçirilməsində məqsəd Xocalı soyqırımını ictimaiyyətin diqqətində saxlamaq, erməni təcavüzkarları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı bəşəri cinayət kimi beynəlxalq aləmdə tanıtmaqdır. İnternet kampaniyası bir il ərzində davam etdiriləcək.