...

Xarici İşlər Nazirliyi: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında neftə deyil, ədalətə arxalanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2006 14:24 (UTC +04:00)

Azərbaycan heç vaxt Allahın bəxş etdiyi təbii sərvətlərdən siyasi məqsədlər üçün istifadə etməyib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Mətin Mirzə Ermənistanın XİN başçısı Vardan Oskanyanın Vilnüsda keçirilən "Ümumi qonşuluğa ümumi baxış" konfransındakı bəyanatını şərh edərkən bildirib. Qeyd edək ki, tədbirdə V.Oskanyan bildirib ki, Azərbaycan tərəfi neft ehtiyatları və neftin yüksək qiyməti baxımından elə bir qənayətə gəlib ki, onun əlində problemin hərbi həlli variantı var.

"Azərbaycan münaqişənin nizamlanmasında neftə deyil, beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi və ərazi bütövlüyünün saxlanması çərçivəsində məsələnin ədalətli həllə arxalanır" - deyə M.Mirzə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti