...

Fazil Qəzənfəroğlu: "Milli Məclisdə yaradılması nəzərdə tutulan "Qarabağ fraksiyası" məsələsinə bir daha qayıdılmayacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2006 12:15 (UTC +04:00)

Milli Məclisdə yaradılması nəzərdə tutulan "Qarabağ fraksiyası" məsələsinə bir daha qayıdılmayacaq. Bu barədə Trend ə "Qarabağ fraksiyası"nın yaradılmasına təşəbbüs göstərən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, parlamentin yaz sessiyasında F.Qəzənfəroğlunun bu təşəbbüsü yalnız bir neçə millət vəkili tərəfindən dəstəkləndi. Bu dəstək isə fraksiyanın yaradılması üçün yetərli olmayıb. "Qarabağ fraksiyası"nı yaratmaqda məqsəd bu problemi daim Milli Məclsin diqqət mərkəzində saxlamaq və problemin həlli ilə bağlı beynəlxalq təşkilatlar, eləcə də digər dövlətlərin parlamentlərində müzakirələrin aparılmasına çalışmaq olub.

Millət vəkili bildirib ki, fraksiyanın yaradılması ilə bağlı təşəbbüs parlamentdə təmsil olan iqtidar, müxalifət və bitərəf millət vəkilləri tərəfindən müsbət qarşılansa da buna qoşulan olmadı: "Bu görüntü onu deməyə əsas verir ki, "Qarabağ fraksiyası" məsələsinə bir daha qayıdılmayacaq".

Xəbər lenti

Xəbər lenti