...

Araz Əzimov: Bakı beynəlxalq təşkilatlardan yanğınların monitorinqi ilə bağlı cavab almayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2006 14:25 (UTC +04:00)

Rəsmi Bakıya Azərbaycanın işğal olunmş ərazilərində yanğınların monitorinqinin keçirilməsi üçün ekspert qrupunun yaradılması ilə bağlı ATƏT və ya BMT tərəfindən heç bir konkret təklif daxil olmayıb.

Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 17-də jurnalistlərə Azərbaycan XİH başçısının müavini Araz Əzimov məlumat verib.

O qeyd edib ki, belə bir qrupun yaradılması üçün BMT Baş Assambleyası və baş katibinin qərarı lazımdır. A.Əzimovun sözlərinə görə, belə ekspert qrupunun təşkili bir qədər vaxt aparacaq.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan tərəfini Azərbaycan ərazilərini yandırmaqda təqsirləndirir və yanğınların törədildiyi zonaya beynəlxalq ekspertlərin göndərilməsi təklifi ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti