...

MAQATE Azərbaycanda ilk nüvə reaktorunun tikilməsinə razılıq verib

Siyasət Materials 24 Sentyabr 2007 17:09 (UTC +04:00)
MAQATE Azərbaycanda ilk nüvə reaktorunun tikilməsinə razılıq verib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikilməsinə razılığını verib, bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Milli Elmlər Aklademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru, MAQATE-nin Azərbaycan üzrə nümayəndəsi Adil Qəribov bildirib. Onun sözlərinə görə, nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı keçiriləcək mərhələləri öyrənmək məqsədilə, Azərbaycan nümayəndə heyəti dekabrın 17-19-da MAQATE-nin Vyanada yerləşən ofisində olacaq.

Sentyabrın 17-21-də Vyanada MAQATE-nin sessiyasında da Azərbaycanda nüvə tədqiqat reaktorunun tikilməsinə dair məsələ müzakirə olunub. Nüvə reaktorunun tikintisinə 2009-cu ildən başlanılacaq. Radiasiya Problemləri İnstitutu Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair təkliflər zərfini də Azərbaycan hökumətinə təqdim edib. Bu məsələ ilə bağlı Azərbaycan hökuməti hələ mövqeyini bildirməyib. Keçmiş Sovet İttifaqı dövründə Bakıdan 70 kilometr aralıda yerləşən Nəvahi qəsəbəsində AES-in tikintisinə başlanılmışdı. Çernobıl qəzasından sonra tikinti dayandırılıb. Ölkənin müstəqil ekoloqları Azərbaycanda AES-in tikintisinə narazıdırlar.

Qəribov bildirib ki, nüvə reaktorunun 1 MVt gücündə olması nəzərdə tutulur. Onun yeri hələ müəyyənləşdirilməyib. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olacaq. Qəribovun sözlərinə görə, nüvə reaktorunun tikintisi, gücündən asılı olaraq, 1 mln.dan 10 mln. dollara qədər başa gələcək.

Xəbər lenti

Xəbər lenti