...

İraq türkmanlarının siyasi lideri: "Əgər Türkiyəyə dəstək versək, bizi "vətən xaini" adlandıracaqlar"

Siyasət Materials 25 Oktyabr 2007 12:27 (UTC +04:00)
İraq türkmanlarının siyasi lideri: "Əgər Türkiyəyə dəstək versək, bizi "vətən xaini" adlandıracaqlar"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İraqda yaşayan türkmənşəli əhali - türkmanlar Türkiyənin PKK terror təşkilatını zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlamasına nə dəstək verir, nə də etiraz edir. Bu barədə İraq Türkmənlərinin Ədalət Partiyasının başqanı Ənvər Bayraqdar cümə axşamı Kərkükdən Trend ə verdiyi açıqlamasında bildirib.

Ənvər Bayraqdarın sözlərinə görə, Türkiyə ordusunun PKK-nı zərərsizləşdirmək üçün hərbi əməliyyatlar aparmasının İraq türkmənlərinə nə zərəri, nə faydası var. Ona görə də türkmanlar Türkiyənin PKK ilə bağlı siyasətinə nə açıq şəkildə dəstək verir, nə də etirazla qarşılayırlar.

Bayraqdar bildirib ki, PKK-nin türkmanların sıx yaşadığı bölgələrdə büroları var, lakin silahlı PKK-çılar dağlarda məskunlaşıblar. Ona görə də PKK silahlıları türkmanlara qarşı təhlükəli deyillər.

Təhlükə yalnız İraqdakı radikal, miliyyətçi kürdlərdən gələ bilər. Bayraqdarın sözlərinə görə, İraqdakı kürd təşkilatları tərəfindən hər gün türkmanlara qarşı təhdidlər yönəldilir, bildirirlər ki, əgər Türkiyə ordusu PKK-ya hücum etsə, onlar da türkmanların partiyalarının, təşkilatlarının bürolarını hədəfə götürəcəklər: "Bizə ancaq türkmanları təhlid edən kürd təşkilatlarından zərər gərə bilər"-deyə Bayraqdar bildirib.

Onun sözlərinə görə, İraq türkmanları hesab edir ki, PKK ilə mübarizə qərarı Türkiyənin öz daxili işidir və öz ərazisini, millətini qorumaq üçün hərbi əməliyyatlar aparır. Ona görə də türmanlar həm başqa ölkənin daxili işlərinə, həm də bu cür siyasi proseslərə qarışmırlar: "Burada önəmli bir məsələ var - İraq türkmənləri iraqlıdırlar. Türkiyə isə qonşu ölkədir, bütün beynəlxalq qanunlarda da göstərilir ki, dövlətlər bir-birilərinin daxili işlərinə qarışmamalıdırlar. Əgər biz açıq şəkildə Türkiyəyə dəstək versək, o zaman İraqda bizi "vətən xaini" adlandırarlar"-deyə Türkmanların Ədalət Partiyasının başqanı bildirib.

O, həmçinin məlumat verib ki, artıq iki gündür Türkiyə ordusunun qırıcı təyyarələri və vetrolyotları İraqın 30- 40 kilometr içərisinə doğru uçaraq PKK-nın bürolarını bombalayır. Amma, "Türkiyə əməliyyatlara başladığı andan indiyənə qədər qəti şəkitlə dinc əhaliyə zərər vurmayıb"-deyə Bayraqdar vurğulayıb.

Türkiyə parlamenti qonşu İraqın şimalında PKK terrorçularının zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlar aparılmasına dair ötən həftə hökumətə icazə verib. Türkiyədən başqa, BMT və Avropa Birliyinin də terrorçu təşkilat kimi tanıdığı PKK (Kürd Fəhlə Partiyası) 1984-cü ildən başlayaraq, kürdlərin Türkiyənin cənub-şərqində müstəqilliyini qazanması uğrunda silahlı mübarizə aparır. Bu konflikt artıq 40 min insanın həyatına son qoyub.

Xəbər lenti

Xəbər lenti