...

Naxçıvan şəhərində işıqforların sayı üç dəfə artırılacaq

Siyasət Materials 13 Noyabr 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında avtomobillərin sayı artdığından və yollar genişləndirildiyindən işıqforların sayı artırılacaq. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Qadur İbrahimov çərşənbə axşamı Trend in bölgə müxbirinə bildirib ki, Naxçıvan şəhərində 11 yeni işıqfor qoyulacaq.

Naxçıvan şəhərində 7 yol qovşağında işıqforlar var. Onların sayı 21-ə çatdırılacaq.

İbrahimov deyib ki, işıqforların sayının artırılmasında məqsəd, həmçinin yol qovşaqlarında piyadaların təhlükəsizliyinin təmin edilməsidir.

Yeni işıqforlar köhnələrdən işığın gurluğuna, uzunömürlülüyünə görə fərqlənəcək. Həmin işıqforlar Fransada istehsal olunub.

Xəbər lenti

Xəbər lenti