...

Eks-prezident Eduard Şevardnadze Gürcüstanda növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil

Siyasət Materials 14 Noyabr 2007 19:24 (UTC +04:00)
Eks-prezident Eduard Şevardnadze Gürcüstanda növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil

Azərbaycan, Bakı/ Trend , müxbir E. Hüseynov/ Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ölkədə yanvarın 5-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. "Prezident seçkilərində mən sadə bir seçici və Gürcüstan vətəndaşı kimi iştirak edəcəyəm" - deyə Şevardnadze çərşənbə günü Trend ə Tbilisidən verdiyi müsaibəsində məlumat verib.

Gürcüstana 1992-ci ildən rəhbərlik edən Eduard Şevardnadze 2003-cü ilin yazında Tbilisidə kütləvi nümayişlərdən sonra öz postunu tərk edib, politoloqlar bu nümayişlərin vətəndaş müharibəsinə gətirə biləcəyini söyləyirdilər. Kütləvi nümayişlərlə bağlı Tbilisidə analoji hadisə noyabrın əvvəlində baş verib, ölkə prezidenti Mixail Saakaşvili, müxalifətin tələbindən sonra, prezident seçkilərinin vaxtından əvvəl, 2008-ci ilin yanvarında keçirilməsi ilə bağlı qərar qəbul edib. Şevardnadze bildirib ki, Gürcüstanda keçiriləcək prezident seçkilərində mübarizə aparmamaq qərarına gəlib. "Bütün seçkilərdə mən siravi Gürcüstan vətəndaşı kimi iştirak edəcəyəm" - deyə keçmiş prezident qeyd edib.

Eks-prezident hesab edir ki, qarşıdakı seçkilər normal şəraitdə keçəcək, belə ki, seçkilərdə böyük sayda həm yerli, eləcə də xarici müşahidəçilərin iştirak edəcəyi gözlənilir. "Bu səbəbdən də, seçkilərin nəticələrini saxtalaşdırmaq çətin olacaq" -deyə keçmiş prezident hesab edir.

"Demək olar ki, bütün partiyaların nümayəndələrinin seçki komissiyalarında iştirakı seçkilərin ədalətli keçirilməsinə təsir göstərəcək" - deyə Şevardnadze hesab edir.

Xəbər lenti

Xəbər lenti