...

Azərbaycan və Litva hökumətləri energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 25 Dekabr 2007 18:30 (UTC +04:00)
Azərbaycan və Litva hökumətləri energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı/ Trend / Litva Azərbaycandan enerji resursları təchizatı mənbələrinin diversifikasiyası yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi layihələrinə maraq göstərir. Litvanın Baş naziri Gediminas Kirkilasın növbəti ilin yanvarın sonu-fevralın əvvəlində Bakıya rəsmi səfəri zamanı belə əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bu barədə Trend -ə Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutis məlumat verib. Səfir, səfərin gedişində iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının daha vacib məsələlərinin, beynəlxalq, regional, iqtisadi, nəqliyyat layihələrinin, energetik əməkdaşlığın müzakirə edilməsinin planlaşdırıldığını bildirib. "Litva Azərbaycana proqram təminatı, elektronika, korporasiyaların idarəetmə sistemi sahələrində əməkdaşlıq təklif edə bilər" - səfir bir qədər əvvəl Trend -ə bildirib. Onun sözlərinə görə, litvalı şirniyyatçılar Azərbaycan bazarına can atırlar. Bundan əlavə, Azərbaycanda böyük templərlə tikinti getdiyi üçün, tikinti materiallarının ixracı imkanı var. Litva bankları Azərbaycan bazarında işləmək və burada öz xidmətlərini təklif etməkdə maraqlıdırlar. Litva Azərbaycanın neft-kimya məhsullarının, texniki yağlarının ixracında da maraqlıdır.

Xəbər lenti

Xəbər lenti