...

Xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli bilinən 8 nəfər saxlanılıb

Siyasət Materials 10 Yanvar 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ötən il DSX tərəfindən xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bu barədə cümə axşamı Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev məlumat verib. Quliyev bildirib ki, DSX əməkdaşları ötən il ərzində axtarışda olan 710 nəfəri saxlayıb.

Xidmət rəisinin sözlərinə görə, 2007-ci ildə ötən il sərhədçilər tərəfindən saxlanılan 3332 nəfərin 413-ü sərhəd pozucusu olub. Azərbaycanın dövlət sərhədini pozarkən saxlanılmış əcnəbi sərhəd pozucuları arasında İran, İraq və Çin vətəndaşlarının sayı artıb.Sərhəd pozucularının 13,3%-i Azərbaycandan keçərkən, 30%-i Azərbaycana gələrkən, 42,1%-i sərhəd nəzarət məntəqələrində saxlanılıb.

Sərhəd pozucularının böyük əksəriyyəti - 32,4%-i Azərbaycan-İran, 29,8%-i Azərbaycan-Gürcüstan, 7,7%-i Azərbaycan-Rusiya sərhədində, 2,9%-i dəniz sərhədlərində, 26,2%-i hava limanlarında saxlanılıb. Tutulan sərhəd pozucularının sayı 2006-cı il ilə müqayisədə 13,1% azalıb.

Quliyev bildirib ki, sərhəd pozucuları daha çox Şəmkir Sərhəd Dəstəsində və Bakı Sərhəd Nəzarət Dəstəsində tutulub. Quru sərhədlərini pozanların isə yarıdan çoxu sərhəd rayonlarının sakinləridir.

Ötən il 7 halda sərhəd pozucusu tərəfindən sərhəd naryadlarına silahlı müqavimət göstərilib. Sərhəd naryadlarının müvafiq tədbirləri nəticəsində 1 sərhəd pozucusu dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti