...

DAK-ın qurultayının vaxtı dəyişdirildi

Siyasət Materials 4 Fevral 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir S.İlhamqızı/Dünya Azərbaycanlıları Konqresinin (DAK) 10-cu və birləşdirici qurultayı iyul ayında keçiriləcək. Bu barədə bazar ertəsi Trend ə DAK-dan məlumat verilib.

DAK-ın 10-cu, birləşdirici qurultayının may ayında keçirilməsi planlaşdırılırdı. Lakin DAK-ın İdarə Heyətinin fevralın 2-də keçirilən iclasında qərara alınıb ki, qurultay iyul ayında olsun.

2003-cü ildə DAK-da parçalanma baş verib, o vaxtkı sədr Cavad Derəxtiyə müxalif olan bir qrup DAK üzvü özlərinin qurultayını keçirərək bu təşkilatın adına iddia ediblər. Sonradan təşkilatın adında dəyişiklik edərək Demokratik DAK adlandırıblar.

İyulda keçiriləcək qurultayda Demokratik DAK və DAK birləşəcək. DAK-ın indiki sədri Qulamrza Təbrizi birləşmiş DAK-ın sədrliyinə namizəd olacaq.

Təşkilatdan bildirilib ki, qurultayda başqa şəxslərin namizədliyi də irəli sürülə bilər. Həmçinin məlumat verilib ki, 10-cu qurultay Brüsseldə Avropa Parlamentinin binasında keçirilə bilər.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti