...

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqı Üçlüyünü qəbul edib

Siyasət Materials 4 Fevral 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, Aİ-nın xarici siyasət və qonşuluq məsələləri üzrə komissarı Benita Ferrero Valtner və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Piter Semnebidən ibarət Avropa İttifaqı Üçlüyünü qəbul edib.Bazar ertəsi XİN mətbuat xidmətindən Trend ə verilən məlumatda bildirilir.

Bölgənin sabitliyi və çiçəklənməsində birgə siyasi iradənin və səylərin zəruriliyini vurğulayan Rupel Aİ-nin Dağlıq Qarabağ məsələsinin nizamlanmasına daim dəstək göstərəcəyinə və münaqişənin tezliklə həll edilməsinə çalışacağını qeyd edib.

Azərbaycan və Aİ arasında siyasi dialoq, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, regional tərəfdaşlıq, demokratiya və insan hüquqları sahələrində əməkdaşlığı yüksək qiymətləndirən və Avropa Qonşuluq Siyasətinin yerinə yetirilməsinin sürətləndirilməsinin vacibliyini qeyd edən xanım Valdner Aİ-nin ölkəmizdə nümayəndəliyinin açılmasının əməkdaşlığı genişləndirəcəyinə və işgüzar dairələr və cəmiyyətin digər təbəqələrinin bu əməkdaşlığa cəlb olunmasına şərait yaradacağını vurğulayıb.

Yeni müstəvidəə ikitərəfli əməkdaşlıqdan danışan Məmmədyarov Avropaya enerji daşıyıcılarının təchizinin diversifikasiyasında Azərbaycanın imkanlarını qonaqların diqqətinə çatdırmaqla yanaşı, Qonşuluq Siyasəti çərçivəsində təhsilə geniş yer ayrılmasının vacibliyi məsələsinə də toxunub.

Aİ-Qara dəniz hövzəsi əməkdaşlığı, qaz resurslarının Avropaya nəqli və qarşılqlı maraq kəsb edən bir sırı başqa məsələlər də görüşün müzakirə mövzusu olub.

Xəbər lenti

Xəbər lenti