...

Prezident İlham Əliyev Bakı iplik fabrikinin və Beynəlxalq Ticarət Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 8 Fevral 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı,08 fevral / Trend /Prezident İlham Əliyev cümə günü Heydər Əliyev prospektində MKT İstehsalat-Kommersiya MMC-nin Bakı iplik fabrikinin və Beynəlxalq Ticarət Mərkəzinin açılışında iştirak edib. İplik fabrikində MDB-də ilk dəfə İsveçrənin Ritter şirkətinin istehsalı olan müasir avadanlıq məhz Azərbaycanda quraşdırılıb. Ən yeni texnoloji standartlara cavab verən fabrikdə yerli xammaldan 20 və 30 nömrəli triko və toxuma ipliyi istehsal olunur. Potensial texnoloji imkanlar daha 30 növ ip istehsal etməyə imkan verir. İldə 7 min ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malik fabrikin məhsulları əsasən Rusiyaya ixrac ediləcəkdir. Fabrikdə 126 işçi çalışır və onların minimum aylıq əmək haqqı 300 manat təşkil edir. Müəssisənin tikintisinə 14 milyon 291 manat investisiya qoyulub. Beynəlxalq Ticarət Mərkəzinə gələn Prezident İlham Əliyev MKT İstehsalat-Kommersiya MMC-nin gələcək planlarını əks etdirən layihələrlə də maraqlanıb, kompleksin mehmanxanası ilə tanış olub. Prezidentə məlumat verilib ki, Avropa standartlarına cavab verən "A" kateqoriyalı ofis-mehmanxana kompleksi doqquzmərtəbəli biznes mərkəzindən və üçmərtəbəli mehmanxana binasından ibarətdir. Mərkəzin ümumi sahəsi 8600 kvadratmetrdir Tikintisinə və lazımi avadanlıqların quraşdırılmasına 11,5 milyon manat sərmayə qoyulan kompleksdə 120 işçi çalışacaq.

Xəbər lenti

Xəbər lenti