...

Azərbaycan "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasının əlavə protokoluna qoşulmağa hazırlaşır

Siyasət Materials 15 Fevral 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend İ.Əlizadə/ Azərbaycan "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasının əlavə protokoluna qoşulmağa hazırlaşır. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının cümə günü keçirilən iclasında "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasına əlavə protokolun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

Əlavə protokola əsasən, terror cinayəti siyasi müstəvidən çıxarılır və belə əməllər törədənlərə bir ölkədən digərinə ekstradisiya olmaq icazəsi verilir. Bir şərtlə ki, həmin vətəndaş təhvil verildiyi ölkədə mühakimə olunmalı və bu barədə Avropa Şurasına məlumat göndərilməlidir. Burada insan hüquqlarının qorunması amili də nəzərə alınır.

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizluik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib ki, 1977-ci il yanvarın 27-də qəbul edilən "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasına artıq Azərbaycan qoşulub. Həmin sənədin tələbindən irəli gələn məsələlər də icra olunur. Avropa Konvensiyanın qəbulundan sonra. bir sıra hüquqi sənədlər qüvvəyə minib ki, bu da Konvensiyaya sözügüdən protokolun əlavə edilməsi zərurətini yaradıb.

"Azərbaycan da bir şərtlə bu sənədə qoşulacaq;işğal olunan ərazilər azad olunmayanadək, Azərbaycan əlavə protokolun müddəalarının həmin ərazilərdə yerinə yetirilməsinə təminat vermir", - deyə Əsgərov əlavə edib.

Avropa Şurasına üzv ölkələrdən 27-si protokolu artıq ratifikasiya edib.

Müzakirələrdən sonra millət vəkilləri sənədə parlamentin plenar iclasında baxılması haqda qərar qəbul ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ü[email protected]

Xəbər lenti

Xəbər lenti