...

Azərbaycanın prezidenti Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoydu

Siyasət Materials 26 Fevral 2008 10:05 (UTC +04:00)
Azərbaycanın prezidenti Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoydu

Azərbaycan, Bakı, 26 fevral / müxbir Trend A.İsmaylova/ Azərbaycanın prezidenti İlham Əliyev bu gün səhər Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoydu. Əklilləri həmçinin dövlət rəsmləri, içtimayi xadimlər və diplomatik missiyaların nümayəndələri də qoydular.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədildi, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edildi, dinc əhaliyə vəhşicəsinə divan tutuldu. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti