...

Əməkdaşlıq davam etməlidir

Siyasət Materials 27 Fevral 2008 03:37 (UTC +04:00)

Polşa, Varşava. 26 fevral / Trend / Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Varşavada Polşanın Baş naziri Donald Tusk ilə görüşmüşdür. Azərbaycan ilə Polşa arasında iqtisadi, enerji sahələrində və digər sahələrdə əlaqələrin inkişafının xüsusi vurğulandığı görüşdə qeyri-enerji sektorunda da əməkdaşlıq üçün güniş imkanların olduğu bildirildi, perspektivdə bu imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyi diqqətə çatdırıldı.

İki ölkənin qarşılıqlı iqtisadi maraqlarının olduğu bildirildi, investisiyaların cəlb edilməsi məsələsi barədə müzakirə aparıldı. Söylənildi ki, bu, perspektivdə qarşıda duran əsas məsələlərdən biridir.

Xəbər lenti

Xəbər lenti