...

Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlığı gücləndirmək lazımdır – Pakistanın Baş Qərargah rəisi

Siyasət Materials 28 Fevral 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir C.Babayeva/ Pakistan Azərbaycan ilə hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Pakistan Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlığın inkişafında maraqlıdır" - deyə Pakistanın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Tariq Məcid Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli ilə görüşü zamanı bildirib. Bu barədə "The Post"un məlumatında bildirilir.

Məcidin sözlərinə görə, Pakistan Azərbaycana hərbi kadrların hazırlanması üçün öz nüfuzlu hərbi institutlarının təcrübəsini təqdim etməyə hazırdır.

Azərbaycan və Pakistanın Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Plana əsasən, Azərbaycan hərbçiləri Pakistanda kurslar keçirlər.

Xəbər lenti

Xəbər lenti