...

Şimali Kipr Türk Cümhuriyyəti siyasi partiyalarının təmsilçiləri Azərbaycana səfərə gəlirlər

Siyasət Materials 3 Mart 2008 17:23 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyəti siyasi partiyalarının təmsilçiləri Azərbaycana səfərə gəlirlər

Azərbaycan, Bakı, 03 mart / Trend ", müxbir Q.Cəbiyev/ Şimali Kipr Türk Cümhuriyyəti Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri martın 3-ü gecə Azərbaycana səfərə gəlirlər. Bu barədə bazar ertəsi Trend a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov məlumat verib.

Onun sözlərinə görə, YAP-ın dəvəti ilə reallaşacaq səfər zamanı nümayəndə heyəti hakim partiyanın sədr müavini Əli Əhmədovla, gənclər və idman naziri Azad Rəhimovla, Xaric Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla görüşəcək. Martın 7-dək davam edəcək səfər zamanı qonaqlar həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinə baş çəkəcəklər və Lənkəranda səfərdə olacaqlar.

Nümayəndə heyətinin tərkibinə Şimali Kiprin hakim Cümhuriyyət Türk Partiyası, Ulusal Birlik Partiyası, Özgürlük və Reform Partiyasının təmsilçiləri daxildir.

Xəbər lenti

Xəbər lenti