...

Bu gün Azərbaycanda inkişaf üçün vacib olan "siyasi müxalifət" adlı element yoxdur – Sosial Layihələr Fondunun prezidenti

Siyasət Materials 3 Mart 2008 20:49 (UTC +04:00)
Bu gün Azərbaycanda inkişaf üçün vacib olan "siyasi müxalifət" adlı element yoxdur – Sosial Layihələr Fondunun prezidenti

Azərbaycan, Bakı / Trend / Trend un Sosial Layihələr Fondunun prezidenti Rəşad Rzaquliyevlə müsahibəsi

- Əksər yerli və xarici ekspertlərin fikrincə, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin nəticələrini böyük ehtimalla demək mümkündür. Sizcə, İlham Əliyevin qələbəsinə olan bu cür yekdil inam nə ilə izah oluna bilər?

- Təsəvvür edin: biz sizinlə ideal siyasi sistem qurmaq istəyirik. Bu nə deməkdir, bunu müxtəlif cür ifadə etmək olar, lakin iki şərt daha vacibdir. Birinci - sistemin universallığı. Bu sistemdə iki adam iştirak edir, üç və ya səkkiz milyon yarım - bu, vacib deyil, əsas olan odur ki, sistem durmadan işləməlidir. Doğrudurmu? İkinci şərt - sistem hamıya və hər kəsə aydın ziddiyyətsiz qərarlar hazırlamalıdır. Əks halda, bu, sistem olmur, qarmaqarışıq bir şey olur. İndi siz bu sistemə nə istəsəniz əlavə edə bilərsiniz, məsələn, liberalimz və demokratiya ideyaları, islam və ya proletariat diktaturasının ideallarını, fərq etməz, bu, ümumi mənzərəni yalnız qaralayacaq, lakin bundan artıq heç bir şeyi dəyişməyəcək. İdeal siyasi sistem ölkə rəhbərliyi tərəfindən hazırlanmış qərarların univesallığını və ardıcıllığının başa düşülən olmasını nəzərdə tutur.

Və biz istəsək də, istəməsək də, bu iki amil prezident İlham Əliyevin sayəsində Azərbaycanın müasir siyasi sistemində çox dəqiq təsbit olunub. Bu iki amil ödlkənin sosial-iqtisadi inkişafı və demokratik modernləşməsinin fəal dinamikasını müəyyən edir. Məhz bu sadə səbədən də, bu gün ölkədə inkişaf üçün vacib olan "siyasi müxalifət" deyilən element yoxdur.

Ölkədə ab-hava kəskin şəkildə dəyişdiyindən, tarixi xarakterli təbii və obyektiv səbəblər üzündən populyasiyası sıfıra bərabər olmuş müxalifətin siyasətçilərini və fəallarını mən hesaba almıram. Yeni şəraitdə onlar dövlətin siyasi landşaftına daxil olmurlar və əhalinin əksəriyyəti tərəfindən çox da uzaq dövrə aid tarixi siyasətçilərlər olmasalar da, hər şeydən öncə, canlı abidələr kimi qəbul edilirlər.

Yeni müxalifət generasiyası isə, ümumiyyətlə, mövcud deyil. Müxalifətə də ağıl işlətmək lazımdır, təfəkkürün sərt nizam-intizamı gərəkdir. Müasir siyasi sistemin ideal elementi çox praqmatik və həddən artıq savadlı və ağıllı olmalıdıır. Təəssüf ki, hazırkı müxalifətdə bütün bu üç keyfiyyətə eyni zamanda malik olan bir nəfər də yoxdur. Bütün bu keyfiyyətlərə malik yeni nəsil isə, yüksək biznes-karyera və ya prezidentin sabit fəaliyyət göstərən komandasında işə üstünlük verir. Yenə qeyd edirəm, təəssüf ki. Hakimiyyətin layiqli opponentliyi demokratik institutların inkişafı üçün vacib amildir. Məhz bu səbəbdən, İlham Əliyev 2008-ci il Azərbaycanı üçün yeni dövlət menecmenti ideyalarını işləyib hazırlayan bir şəxs kimi, mənim fikrimcə, mütləq şəkildə alternativsizdir. Prezident Əliyevin siyasəti əsl sentrizm, suboptimal qərarların siyasətidir.

- Azərbaycanda keçiriləcək seçkidən öncə artıq Gürcüstan, Ermənistan və Rusiyada prezident seçkiləri keçirilib. Bu elektoral silsilələr bir-birindən fərqlənir, elədirmi?

- Şübhəsiz, fərqlənir. Seçkilərin sxemi kəskin şəkildə fərqlənir.

Gürcüstandakı seçkilər ölkənin ictimai-siyasi həyatında ciddi ziddiyyətlərin tam təzahürü idi. Mixail Saakaşvili siyasi sistemin sabit işini təmin edə bilmirdi və sistem dayandı. Getdikcə artan kütləvi həyəcan fonunda Saakaşvili çox çətinliklə, nüfuzunda böyük itkilərə məruz qalsa da, ölkənin müxalif qüvvələri ilə əməkdaşlığa girməklə vəziyyəti nəzarət altında saxlamağa müvəffəq oldu.

Ermənistandakı seçkilər isə başqa sxemdir. Burada biz Qarabağ cinayət qruplaşması tərəfindən açıq-aşkar hakimiyyətin ələ keçirilməsi nəticəsində, erməni xalqının itirilmiş müstəqillik uğrunda növbəti milli-azadlıq mübarizəsinin şahidi oluruq. Yerevanda son dövrdə baş verən hadisələr göstərdi ki, hakimiyyətdəkilər mübarizəsiz təslim olmaq fikrində deyillər. Seçkilərin falsifikasiyası və bunun ardınca baş verən xalq ixtişaşları qanlı faciəyə səbəb oldu və "demokratlar" adlanan Qarabağ hərbi xuntasının əsl simasını açdı. Hər bir halda, Ermənistandakı vəziyyət həll olunmaqdan hələ çox uzaqdır.

Rusiya Federasiyasındakı seçkilərə gəlincə, burda hər şey çox aydın və ehtimal olunandır. "Vladimir Putin" layihəsi hakmiyyət tərəfindən "Vladimir Putin 2 - Dmitri Medvedyev" adlı yeni layihə ilə əvəzləndi. Son səkkiz ildə Rusiyaya dirçəlişi təmin edən islahatçılar komandası bu ölkədəki seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə əvvəlki kursu davam etdirəcək.

- Azərbaycanda keçiriləcək 2008- ci il seçkilərini qeyri-legitim müstəviyə salmağa cəhd göstərən qüvvələr varmı?

- Ələbəttə, belə qüvvələr mövcuddur. İlk növbədə, bu qüvvələr erməni-siyasi lobbisi, erməni diaspor şəbəkəsi ilə əlaqəli olan qüvvələrdir, onların məqsədi erməni silahıl qüvvələri tərəfindən Azərbaycanın ərazilərini işğal etmələrinə hər bir vəchlə haqq qazandırmaq üçün, ölkənin nüfuzunu "qeyri-demokratik rejim" damğası ilə çirkaba salmaqdır.

Digər tərəfdən, bu, geosiyasi mərkəzlərdir, onlar üçün Azərbaycanın bizim milli maraqlara tam cavab verən "geosiyasi plüralizm" formulu kontekstindəki xarici siyasi kursu əlverişli deyil. Kimsə bizim ölkəni İran İslam Respublikası ilə mübarizə fortpostuna çevirmək istəyir, kiməsə Azərbaycanı qardaş Türkiyəyə, Gürcüstana qarşı qoymaq sərf edir, kiməsə də, sadəcə, bizim ölkəni parçalamaq sərf edir - bütün bu qüvvələr, ola bilsin ki, 2008-ci il seçkisində öz partiyalarını oynayacaqlar.

Lakin baxmayaraq ki, bizim düşmənlərimiz və rəqiblərimiz kifayət qədər ciddidirlər, bu vaxta qədər bizim ölkəni diz üstə çökdürmək cəhdləri həmişə tam məğlubiyyətlə nəticələnib. Elə bu il keçiriləcək seçkilərdə də onların məğlubiyyəti istisna deyil.

Xəbər lenti

Xəbər lenti