...

Prezident İlham Əliyev "Auditor xidməti haqqında" qanuna, Auditorlar Palatası haqqında Əsasnaməyə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 12 Mart 2008 00:43 (UTC +04:00)

Prezident İlham Əliyev "Auditor xidməti haqqında" qanuna, Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə" qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Auditor xidməti haqqında" qanuna, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

İnzibati Xətalar Məcəlləsinin 253-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Öz səlahiyyətləri daxilində "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti