Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir M.Əliyev/ Azərbaycan və İndoneziya arasında iki ölkə vətəndaşları - rəsmi diplomatik pasport sahiblərinin viza rejimindən azad edilməsi haqqında və texniki, iqtisadi əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanacaq.
Sazişlərin İndoneziya xarici işlər naziri Həsən Virayudanın mayın 11-12-də Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend -a verilən xəbərə görə, səfər çərçivəsində İndoneziya XİN rəhbərinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.