...

Azərbaycan müxalifəti birgə etiraz aksiyaları ilə bağlı müzakirələrə başlayacaq

Siyasət Materials 12 May 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifəti birgə etiraz aksiyaları keçirmək məqsədi ilə müzakirələrə başlayacaq.

"Siyasi partiyalarla birgə müzakirələr aparılacaq və bu müzakirələrin nəticəsi olaraq, Seçki Məcəlləsinə dəyişikliklərə etiraz aksiyalarına başlanıla bilər", - deyə bazar ertəsi Trend a Müsavatiın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya Divanının bazar ertəsi keçirilən iclasından sonra açıqlama verib.

Prezidentin imzası ilə parlamentə göndərilən layihədə namizədlər üçün Seçki Fondunun artırılması, səsvermə prosedurunun sadələşdirilməsi, dövlət televiziyasında və rəsmi qəzetlərdə seçki təbliğatının aparılmasına qadağa qoyulması yer alıb. Bundan başqa, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası layihə hazırlayıb. Bu layihədə Seçki Məcəlləsinin 11 maddəsinə dəyişiklik nəzərdə tutulub.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Hazırda partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti