...

İlham Əliyev Böyük Britaniyanın ticarət və investisiyalar nazirini qəbul edib

Siyasət Materials 4 İyun 2008 23:08 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 4-də Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul edib.


Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, Britaniya şirkətlərinin uzun illərdir Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərdiyi vurğulandı.

Söhbət zamanı Bakıda keçirilən XV Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətinə toxunuldu və bildirildi ki, bu tədbir regional və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyətə malikdir.

Xəbər lenti

Xəbər lenti