Azərbaycan, Bakı, 20 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Estoniya Parlamenti sədrinin müavini Kristina Ojulandı qəbul edib.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında əlaqələrin Avropaya inteqrasiya istiqamətində və Avropa Birliyi çərçivəsində də önəm daşıdığı qeyd olunub.