...

ABŞ-ın vitse-prezidenti Tbilisiyə gəlib

Siyasət Materials 4 Sentyabr 2008 13:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıdan Tbilisiyə səfər edib. Hava limanında onu Gürcüstanın Baş naziri Lado Qurqenidze və ölkənin XİN rəhbəri Yekaterina Tkeşelaşvili qarşılayıblar.

Çeyni aeroportdan Gürcüstan prezidentinin Avlabaridəki iqamətgahına yollanıb. Burada o, Mixail Saakaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra brifinq keçiriləcək.

Çeyni qaçqınların vəziyyəti ilə tanış olmaq niyyətindədir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti