...

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub

Siyasət Materials 4 Oktyabr 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında evlərdən çoxsaylı oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend -a verilən məlumata görə, RPİ-nin cinayət axtarış şöbəsinin və 4-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində 11 evdən oğurluq etdiyinə görə Binəqədi rayon sakini Sakit Ağasəməd oğlu Ağayev cümə günü tutulub.

Rayon Polis İdarəsindən bildiriblər ki, araşdırma zamanı Ağayevin 2-3 üç ay müddətində müxtəlif evlərdən telefon, pul, qızıl-zinət əşyaları və digər ev əşyalar oğurladığı məlum olub. İlkin araşdırma zamanı Ağayevin əsasən həyət evlərindən oğurluq etməsi və bununla da vətəndaşlara xeyli miqdarda ziyan vurması məlum olub. Hazırda onun digər oğurluqlarda iştirak edib-etməməsi araşdırılır.

Rayon Polis İdarəsindən əlavə ediblər ki, Ağayev əvvələr iki dəfə qanunsuz narkotik vasitlər gəzdirdiyinə görə məhkum edilib.

Faktlarla bağlı Binəqədi RPİ-nin Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti