Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir R. Hafizoğlu/ Azərbaycanın İstanbuldakı konsulluğunda seçicilərin 93 %-i səsvermədə iştirak edib.
"Qeydiyyatda olan seçicilərin 93 %-i konsulluğa gələrək, səsvermədə iştirak ediblər"- deyə Azərbaycanın İstanbuldkı Baş konsulu Səyyad Aran Trend - a bildirib.
Konsulun sözlərinə görə ,İstanbulda rəsmi qeydiyyatda olan 551 nəfər Azərbaycan vətəndaşının 502-si səsvermədə iştirak edib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.