Azərbaycan, Bakı, 22 oktyabr / Trend / Professor, İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib.
Sizin növbəti prezidentlik müddətinizdə də İKT ilə Azərbaycan arasında mövcud olan sıx əlaqələr və əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir. Ümid edirəm ki, təşkilatın aparıcı üzvü kimi Azərbaycan İKT fəal və mühüm rol oynamaqda davam edəcəkdir, təbrikdə deyilir.