...

Fransa prezidenti Aİ-Rusiya sammitində Gürcüstanı dəstəkliyəcək - Gürcüstan prezidenti

Siyasət Materials 14 Noyabr 2008 04:47 (UTC +04:00)
Fransa prezidenti Aİ-Rusiya sammitində Gürcüstanı dəstəkliyəcək - Gürcüstan prezidenti

Gürcüstan, Tbilisi, 14 noyabr / Trend müxbir N.Kirtsxalia/ Nikolya Sarkozi söz verib ki, bu gün keçiriləcək Aİ-Rusiya sammitində Gürcüstanı dəstəkləyəcək. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Parisdə Fransa prezidenti ilə keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib.

Fransa prezidenti görüş barədə heç bir söz deməyib.

Saakaşvili deyib ki, görüş zamanı Gürcüstanın Aİ-yə mütləq inteqrasiyası müzakirə olunub.

Onun sözlərinə görə, Sarkozinin Gürcüstan və Ukraynanın eyni zamanda Aİ-yə daxil olması barədə təşəbbüsü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti