Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Kazımlı / Bakı sakininin saxta sənədlər təqdim etməklə "Deka-Bank"dan külli miqdarda pul götürməsi aşkar edilib. Hadisəni törədən şəxs pul götürmək üçün müxtəlif vətəndaşların adından istifadə edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.
Müəyyən edilib ki, bu ilin aprel ayından avqust ayınadək olan müddət ərzində Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbə sakini Tünzalə Əmirova ayrı-ayrı şəxslərin adından saxta sənəd təqdim edərək "Deka-Bank"dan 46000 manat pul götürüb. Faktla əlaqədar noyabrın 15-də Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət olunub. Faktla bağlı araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]