...

Təhlükəli cinsi əlaqə: İranda HİV epidemiyasının üçüncü dalğası

Siyasət Materials 1 Dekabr 2008 16:58 (UTC +04:00)

İran, Tehran, 01 dekabr/ Trend , müxbir A. Namdari/ İranın Səhiyyə orqanları bu ölkədə QİÇS xəstəliyinin yayılmasının amillərindən biri kimi, təhlükəli cinsi əlaqədən ciddi narahatlıq keçirdiklərini bildiriblər.

Gənc əhalinin sayına görə, dünyada ilk sıralarda olan ölkələrdən biri kimi, İranda, rəsmi statistik məlumatlara görə, hazırda 18 mindən çox insan HİV- ə yoluxub.

İİR Səhiyyə Nazirliyinin HİV- lə mübarizə İdarəsinin rəisi Abbas Sədaqət bildirib ki, İranda bu xəstəliyə 70-100 min nəfər yoluxub ki, onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

HİV nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də, insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə                                                              HIV- ə yoluxanların sayı  kəskin artıb.

Səhiyyə naziri Bağır Lənkərani bildirib ki, İranda bir sıra gənclərin təhlükəli cinsi əlaqəyə meylli olması virusun yayılmasına səbəb olur.

Lənkəraninin açıqlamaları İslam Respublikasının yüksək rütbəli rəsmisinin bu ölkədə HİV- in yeni dalğasının olması ilə bağlı nadir açıqlamalardandır.

İran parlamentinin Shiyyə və Müalicə Komissiyasının üzvü Əmir Hüseyn Qazizadə Trend - a bildirib ki, İranda HİV virusuna yoluxmuş xəstələrin çox hissəsi "cinsi əlaqələr" nəticəsində ona yoluxublar.

Qazizadənin bildirdiyinə görə, İranda "gizli əlaqələr"- in olması bu ölkədə HİV virusunun artmasına səbəb olur.

HİV xəstəliyinin yayılması haqqında ötəri bir araşdırmada bu fakta rast gəlmək olar ki, dünyada HİV virusuna yoluxan insanların əksər hissəsi bu xəstəliyə cinsi yolla, digərləri qan vasitəsilə yoluxublar.

Epidemiya tədqiqatçılarının məlumatına görə, HİV 1981- ci ildə aşkar olunub və indiyədək dünyada təxminən 65 milyon insan həmin xəstəliyə yoluxub Onlaran 25 milyon nəfərdən çoxu  bu xəstəlikdən həyatlarını itiriblər.

Dünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, QİÇS virusuna yoluxmuş 24.500.000 nəfər insan Afrikanın cənubunda , 7.600.000 nəfər Asiyada yaşayır. Hindistan 5.700.000 nəfərlə həmin virusa yoluxmuş ən çox insan olan ölkədir.

İİR Səhiyyə Nazirliyinin sonuncu məlumatına görə, sözügedən virusa yoluxmuş səxslərdən 93,7 faizini kişilər, və 6,3  faizini qadınlar təşkil edir.

İslam Respublikası cari ildə qeyd edilən virusa yoluxanların sayının 18.815 nəfər olduğunu bildirir.

İranda xəstələrin 81 faizi narkotik maddələrin iynə vasitəsilə bədənə yeridilməsi, 12 faizi isə, cinsi əlaqə yolu ilə bu virusa yoluxublar.

Xəbər lenti

Xəbər lenti