...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə Türkiyədə bir sıra tədbirlər keçiriləcək

Siyasət Materials 3 Dekabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının beşinci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırıb.

"Türkiyənin dövlət televiziyası ilə aparılan danışıqlar nəticəsində, səfirliyin təqdim etdiyi Heydər Əliyevin həyat və faəliyyətinə həsr olunan film dekabrın 12 - də Türkiyənin telekanallarında yayımlanacaq", - çərşənbə günü Trend - a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.Məlumatda qeyd edilib ki, dekabrın 12- də səfirliyin əməkdaşları, Türkiyədə təhsil alan tələbələr və müdavimlərimizin, Ankarada yaşayan və çalışan soydaşlarımızın iştirakı ilə, Heydər Əliyevin Ankaradakı abidəsi ziyarət ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti