...

Jurnalistlər Rusiya və Gürcüstan prezidentlərinə müraciət ediblər

Siyasət Materials 22 Dekabr 2008 12:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Gender və media, müharibə və sülh: əsas təhlükələr və onların aradan qaldırılması" adlı V Tbilisi Beynəlxalq Jurnalistlər Konfransnın iştirakçıları Gürcüstan və Rusiya prezidentlərinə müraciət qəbul ediblər.

Jurnalistlər prezidentlərdən real atəşkəsin təmin edilməsi, tam həcmdə diplomatik münasibətlərin qurulması, məcburi köçkünlərin qayıtmasına lazımi şərait yaradılması, dinc əhalinin həyat fəaliyyəti şəraiti və təhlükəsizliyinin təmin edilməsi, münaqişə zonasına azad gediş - gəliş hüququnun verilməsi, münaqişə tərəfləri arasında informasiya mübadiləsi və daimi əlaqə kanalarının bərpa olunmasını tələb edirlər.Tələblər sırasında münaqişə zonasında vəziyyətin daimi ictimai monitorinqinin aparılması və insan haqları üzrə təcili beynəlxalq reaksiya qruplarının fəaliyyətinə şərait yaradılması, itkin və əsir düşən mülki vətəndaşların məsələsi ilə məşğul olan vahid strukturun təsis edilməsi məsələləri də qeyd olunub. Sənəddə mətbuat, ictimai və hüquq - mühafizə təşkilatlarının informasiyalarına azad çıxışın əldə olunması məqsədilə birbaşa danışıqlar masası arxasında əyləşməyin vacibliyi vurğulanır .

Təşəbbüs qrupu adından müraciəti Rusiya,Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti