...

Ankarada Türksoyun yaradılmasının 15-ci ildönümü qeyd edilib

Siyasət Materials 18 Yanvar 2009 08:41 (UTC +04:00)

Türkiyə, Ankara, 19 yanvar / Trend , müxbir müxbir T. Əliyev/ 1993-cü ildə Türkdilli xalqların mədəni əməkdaşlığının inkişafı məqsədi ilə yaradılan Türksoyun 15 yaşı tamam olub.

Türksoyun yaradılmasının 15-ci ildönümü Ankarada silsilə tədbirlərlə qeyd edilib.

Bilkənt Universitetində təşkil edilən mərasimdə təşkilata üzv olan ölkələrin hökümət üzvləri,  görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Qonaqlar arasında 1993-cü ildə Türkdilli dövlətlərin mədəniyyət nazirləri sifəti ilə Türksoyun yaradılmasına dair bəyannaməni imzalayan şəxslər də olub.

Yubiley mərasimində çıxış edən təşkilartın Baş direktoru, Qazaxıstanın sabiq mədəniyyət naziri Düsen Kaseinov Türksoyu Türk dünyasının YUNESKO-su kimi səciyyələndirib.

Tədbirdə Türkdilli xalqların mədəni əməkdaşlığı və Türksoyun inkişafındakı xidmətlərinə görə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Məmməd Əli Tələt, uzun illər Türksoya rəhbərlik etmiş Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, yazıçı Anar daxil omaqla 7 nəfərə qurumun 15 illiyi münasibəti ilə təsis edilmiş Şərəf Medalları təqdim edildi.

Türksoyun mədəniyyət nazirləri şurasının koordinatoru olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq Türksoy təsdiq edilmiş proqram üzrə fəaliyyət göstərir. Bu il ərzində Bakıda Türksoy çərçivəsində bir sıra tədbirlər təşkil edilə bilər. Bununla bağlı Ankarada müzakirələr aparılıb.

Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarının iştirakı ilə yaradılan Türksoy bu gün Rusiya və Moldovadakı Türk xalqları, həmçinin Şimali Kipr türkləri daxil olmaqla 14 Türkdilli xalqı birləşdirir.

Xəbər lenti

Xəbər lenti