...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası referendum üzrə təşəbbüs qrupunun şikayətlərini təmin etməyib

Siyasət Materials 24 Yanvar 2009 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) şənbə günü keçirilən iclasında müxalif Müsavat Partiyasının referendum üzrə "Respublikaçılar" təşəbbüs qrupunun iki şikayətini təmin etməyib.

Şikayətlər Gəncə şəhəri və Cəlilabad rayonunda imza toplama zamanı təşəbbüs qrupu üzvlərinin təzyiqlərə məruz qalmaları ilə bağlı olub. MSK-nın sorğusunu cavablandıran Gəncə şəhər Polis İdarəsindən bildirilib ki, Müsavat Partiyasının Gəncə şəhər təşkilatının üzvləri Xanbağı istirahət evində vətəndaşları İsrail əleyhinə çıxışlar etməyə çağırıblar və vətəndaşların şikayətləri əsasında polis tərəfindən saxlanılıblar.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, təşəbbüs qrupu üzvlərinin saxlanılması referendumla əlaqədar olmayıb. ""Respublikaçılar" təşəbbüs qrupu müraciətdən başqa Mərkəzi Seçki Komissiyasına təqyiqlərlə bağlı sübütlar təqdim etməyib və səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etmək istəməyib", İbrahimov deyib.

"Respublikaçılar"ın digər şikayəti Cəlilabad rayonunda imza vərəqələrini imzalayan seçicilərin icra nümayəndələri tərəfindən təzyiqlərə maruz qalmaları ilə bağlı olub. Rayonun polis idarəsi seçicilərə təzyiq faktının olduğunu təsdiqləməyərək seçicilərin imza toplayanlar tərəfindən aldandıqlarını bildirib. MSK üzvü Qabil Orucov bildirib ki, araşdırmalar zamanı məlum olub ki, təşəbbüs qrupunun üzvləri vətəndaşlara imzaları Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması ilə əlaqədar topladıqlarını bildiriblər.

MSK üzvlərinin əksəriyyəti "Respublikaçılar" təşəbbüs qrupunun şikayətlərinin təmin olunmamasının "lehinə", iki üzvü - Akif Qurbanov və Almas Qəhrəmanlı isə "əleyhinə" səs veriblər.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, müxalif Ümid Partiyasının üzvü Nicat Cəbrayılov müxalifət partiyalarının təşəbbüs qruplarının əhali tərəfindən dəstəklənmədiyini əsas gətirərək boş imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına qaytarıb.

Trend -un arayışı: Martın 18 - də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə hələ 14 təşəbbüs qrupu yaradılıb. Bunlardan dördü imza vərəqələrini MSK-ya təhvil verib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yanvarın 22-də Mərkəzi Seşki Komissiyasında təşviqat qrupu kimi qeydə alınıb.

Dairə seçki komissiyalarında 45 təşəbbüs qrupu qeydiyyata alınıb.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yanvarın 22-də Mərkəzi Seşki Komissiyasında təşviqat qrupu kimi qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti