...

Sverdlovsk narkopolisləri 345 kiloqramdan çox həşiş müsadirə edib

Siyasət Materials 5 Fevral 2009 18:14 (UTC +04:00)

"Sverdlovsk narkonəzarətinin əməkdaşları çərşənbə günü Ural vilayətində bu vaxtadək qeydə alınmayan ən böyük həşiş partiyasını - 345 kiloqram - müsadirə edib", - cümə axşamı mətbuat konfransında region üzrə NNFX idarəsinin rəisi Sergey Qaponov məlumat verib.

"Saat 12.00-də (Moskva saatı ilə 10.00) Yekaterinbuqrdakı Lineynaya küçəsində şəxsi mənzildəki axtarış zamanı narkopolislər 124 polimer bağlamada qablaşdırılan 345,8 kiloqram həşiş tapıb. 13 bağlama evin anbarında çantada, daha yüzdən çoxu isə qarajda "Toyota Land Cruiser" avtomobilinin yük yerində tapılıb", - Qaponov bildirib, РИА Новости yazır.

"Evin sahibi 1975-ci il təvəllüdlü Qazaxıstan sakini olub. O saxlanılıb", - qurumun rəhbəri vurğulayıb.

Hüquq-mühafizə orqanları RF CM-nin 228.1 maddəsinin 3-cü bəndinin "q" bölümünə əsasən iş qaldırıb ki (xüsusilə böyük həcmlərdə narkotiklərin qeyri-qanuni istehsalı, satışı, köçürülməsi), buna görə cəza kimi milyon rubl cərimə ilə yanaşı, 20 il azadlıqdan məhrum edilmə nəzərdə tutulub.

Bir müddət əvvəl əməliyyatçılar Çelyabinsk-Yekaterinburq trassının 171-ci kilometrliyində təxminən 20 kiloqram narkotik götürmüşdü. Maddələr "Lada-Priora" maşınında gizlədilmişdi. Üç Azərbaycan vətəndaşı həbs olunub. Ural əməliyyatçı gömrüyünün təhqiqat bölməsi onların barəsində RF CM-nin 188-ci maddəsinin 4-cü bəndinə əsasən (kontrabanda) iş qaldırıb. Buna görə cəza kimi əmlakın müsadirə olunması ilə yanaşı 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

"Hər iki müsadirə eyni qrupun ortaya çıxarılması ilə bağlı iş çərçivəsində həyata keçirilib", - Qaponov əlavə edib.

Xəbər lenti

Xəbər lenti