Gürcüstan, Tbilisi, 10 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər saat 03.30-da gürcü-osetin münaqişəsi zonasında Avropa İttifaqının iki müşahidəçisi silahlı şəxslər tərəfindən oğurlanıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili bildirib.
Onun sözlərinə görə, hadisə Gürcüstanın Qori rayonunun Adzvi kəndi yaxınlığında, müşahidəçilər ərazinin monitorinqi ilə məşğul oluduğu zaman baş verib. Oğurlanan şəxslər osetin separatçıları və Rusiya qoşunlarının nəzarətində olan Axalqori tərəfə aparılıblar.
Utiaşvilinin sözlərinə görə, onların oğurlanması qeyri-qanuni osetin silahlı qruplaşmaları tərəfindən həyata keçirilib.
Aİ müşahidəçilərinin hansı ölkəni təmsil etdikləri hələ məlum deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]