Azərbaycan, Bakı, 17 fevral / Trend , Е.Оstapenko/ "Azərbaycanın hərbçilər, sosial və xeyriyyəçilik ittifaqları arasında, onların silahlı qüvvələr üzərində demokratik nəzarətə yardım üzrə əməkdaşlığının inkişaf etdirilməsi üzrə ikigünlük seminar çərşənbə axşamı Bakıda öz işinə başlayıb", - ATƏT-in press-relizində bildirilir.
Seminar ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunub və hərbi xidmətdə insan hüquqları və sosial fəaliyyət məsələləri ilə məşğul QHT-lərin vahid alyansının və ittifaqlar arasında əməkdaşlıq çərçivələrinin yaradılmasına yönəldilib.
"Vətəndaş cəmiyyəti və hərbçilər silahlı qüvvələr üzərində demokratik nəzarətin təmin olunması istiqamətində birlikdə çalışmalıdırlar", - ATƏT-in Bakı nümayəndəliyinin hərbi-siyasi proqramlar üzrə əməkdaşı Con Makqreqor bildirib.
Seminarın gedişində iştirakçılar ATƏT-in Bakı nümayəndəliyinin dəstəyi ilə 2009-cu il üzrə birgə tədbirlər planını hazırlamağı planlaşdırırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]