...

BMT-nin Əhali Fondu Cənubi Qafqaz ölkələrində ailədə zorakılıq məsələlərini tədqiq etməyə başlayır

Siyasət Materials 27 Fevral 2009 16:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 fevral / Trend , müxbir N.Kirtsxaliya / Bu gündən etibarən BMT-nin Əhali Fondu Gürcüstan, Azərbaycan və Ermənistan ərazilərində ailədə zorakılıq sahəsində tədqiqatlara başlayır.

Fondun Gürcüstandakı nümayəndəliyindən Trend -a verilən məlumata görə, araşdırmalar yazın sonunadək davam etdiriləcək, hesabat isə payızda təqdim olunacaq.

Regionun bütün ölkələrində aparılacaq araşdırmalar miqyaslı olacaq və ona bir neçə min insan daxil ediləcək. Tədqiqatların aparılmasında məqsəd ailələrdə gender hüqüq bərabərliyinin nə dərəcədə müdafiə olunduğunu müəyyənləşdirməkdən ibarətdir.

Araşdırmaların təqdimat mərasimi bu gün "Tbilisi Mariott" mehmanxanasında keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti