Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N. Kirtsxaliya /
Litva Gürcüstanın ərazi bütövlüyünün tərəfdarıdır. Bu barədə bu gün Gürcüstanın parlament sədri
David Bakradze ilə birgə keçirilən brifinqdə Litva seyminin sədri Arunas Valinkas bildirib.
Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq, Gürcüstanın Avropa Şurası və NATO-ya inteqrasiyası istiqamətində Vülnusun köməyi ilə bağlı məsələlər müzakirə edilib. "Gürcüstan mütləq AŞ və NATO-nun üzvü olacaq. Bunun üçün isə Rusiya təcavüzü və ərazinin zorla işğal edilməsi ilə bağlı məsələlər həll olunmalıdır. Bu təcavüz dövlət təhlükəsizliyinin təmin olunmasında yeni problemlər yaradıb", - Avropanın Gürcüstana bu problemləri aradan qaldırmaq məqsədilə kömək etməli olduğunu söyləyən Valinkas bildirib.
Bakradze də öz növbəsində bildirib ki, görüş çərçivəsində Gürcüstanın münaqişəli ərazilərindəki vəziyyət müzakirə edilib.
"Hazırda təxribata yol verilməməsi istiqamətində Cenevrədə tərəflər arasında bağlanmış müqavilə qüvvədə deyil. Bu problemin həll edilməsi Avropa Şurası üçün belə problemlərin həll edilməsi, münaqişə zonasındakı vəziyyətə nəzarət edilməsi baxımından bir sınaqdır", - deyə Gürcüstan parlamentinin spikeri bildirib.
Məqalə müəllifi ilə əlqaə ünvanı: [email protected]