...

Azərbaycanda əvvəllər məhkum edilmiş şəxsdən külli miqdarda narkotik vasitə götürülüb

Siyasət Materials 9 Mart 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş, Mingəçevir şəhər sakini Müşfiq Seyidovdan 4 kiloqramdan çox heroin və 2,5 kiloqramdan çox həşiş götürülüb, - bazar ertəsi Trend -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Trend -un arayışı: Daxili işlər orqanları tərəfindən 2008-ci ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 564 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox) narkotik vasitə götürülüb, 122,1 kq-a yaxın (+1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. 

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1784 nəfərdən 53-ü (3,0%) qadın, 5-i (0,3%) yetkinlik yaşına çatmayan, 1645-i (92,2%) işləməyən və oxumayan, 408-i (22,9%) əvvəllər cinayət törətmiş şəxslərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti