...

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi aprelin 8-də Gürcüstana gedəcək

Siyasət Materials 6 Aprel 2009 15:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 aprel / Trend , müxbir N.Kirtsxalia /

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi aprelin 8-də Gürcüstana səfər edəcək.

Semnebi səfər çərçivəsində Gürcüstanın rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin siyasi partiyaların rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Aİ və Gürcüstan arasında münasibətlərin müxtəlif aspektləri, "Şərqi tərəfdaşlıq" proqramı və Gürcüstan ərazilərində münaqişələrin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti