...

Gürcüstan azərbaycanlılarının problemlərinin həlli yolllarına dair təkliflər paketi hazırlanır

Siyasət Materials 29 Aprel 2009 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir C.Babayeva /  

Gürcüstan azərbaycanlılarının problemlərinin həlli yollları ilə bağlı təkliflər paketi hazırlanır.

"Gürcüstanda azərbaycanlıların cəmiyyətə inteqrasiyasına əsas əngəl kimi onların dövlət dilini bilməmələri göstərilir. Buna görə də təkliflər sırasında ən əsas yeri dil proqramı tutur", - çərşənbə axşamı Trend -a "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.    

Trend -un arayışı: "Qeyrət" Xalq Hərəkatı Milli Şura formalaşdırıb. Təkliflər paketi Milli Şura tərəfindən hazırlanır.

"Qeyrət" Xalq Hərəkatının icra orqanı olan Milli Şura ötən ay yaradılıb. Şura beş - xarici əlaqələr, hüquq, təşkilati, regional və iqtisadi bölmədən ibarətdir. Şuranın yaradılmasında əsas məqsəd Gürcüstan azərbaycanlılarının problemlərinin həlli yollarının araşdırılmasıdır.  

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların qeyri-hökumət təşkilatının məlumatlarına görə, ölkədə əsasən, Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Əsgərov Gürcüstan azərbaycanlılarının dövlət dili ilə bağlı probelmlərinin həlli yolu kimi Azərbaycan dilinə bölgə dili statusu verilməsini təklif edəcəklərini bildirib.

"Gürcüstanda gürcülərdən sonra milli tərkibinə görə azərbaycanlılar çoxluq təşkil edir. Təkliflər paketində kənd bələdiyyələrində, bank sistemlərində Azərbaycan dilindən istifadə edilməsi təklifi irəli sürülüb", - o qeyd edib.

Hərəkat sədri bildirib ki, təkliflər sırasında təhsillə bağlı problemlərin həlli yolları da təqdim olunub. "Gürcüstanda Azərbaycan dilli məktəblərin saxlanması, təhsil qanununda hüquqi bazanın daha açıq olması ilə bağlı təkliflər hazırlanır", - o bildirib.

Əsgərov təkliflər paketində Gürcüstan azərbaycanlılarının kənd təsərrüfatı ilə bağlı problemlərinin həlli yollarının da göstərildiyini bildirib. "Gürcüstan azərbaycanlılarının yaşadığı regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı olsa da, bazarlar çox məhduddur. Təkliflər paketində kənd təsərrüfatı tipli müəssisələrin yaradılması təklif olunur", - o deyib.   

Əsgərovun sözlərinə görə, təkliflər paketi Gürcüstandakı ictimai-siyasi vəziyyət sabitləşəndən sonra ölkə parlamentinin Dil palatası və Nazirlər Kabinetinə təqdim olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti