...

Azərbaycanın solçu partiyalarının bələdiyyə seçkisində birgə iştirakı istisna olunmur

Siyasət Materials 22 İyul 2009 12:55 (UTC +04:00)
Azərbaycanın Kommunist Partiyası (AKP) solçu partiyaların bələdiyyə seçkisinə birlik şəklində qatılacağını istisna etmir. "Hazırda solçu partiyalar bələdiyyə seçkisində birgə iştirak formasını müzakirə etməsələr də, seçkiöncəsi əlverişli şərait yaranacaqsa, birliyin yaradılması mümkün ola bilər", - çərşənbə günü Trend News-a AKP sədri Rauf Qurbanov bildirib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Kommunist Partiyası (AKP) solçu partiyaların bələdiyyə seçkisinə birlik şəklində qatılacağını istisna etmir.

"Hazırda solçu partiyalar bələdiyyə seçkisində birgə iştirak formasını müzakirə etməsələr də, seçkiöncəsi əlverişli şərait yaranacaqsa, birliyin yaradılması mümkün ola bilər", - çərşənbə günü Trend -a AKP sədri Rauf Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur. Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Qurbanov bildirib ki, Azərbaycan kommunistlərinin əsas məqsədi seçkili orqanlarda sol partiya təmsilçilərinin daha çox təmsil olunmasına nail olmaqdır. "Partiya bələdiyyə seçkisində müstəqil formada iştirak etmək barədə qərar qəbul edib. Kommunistlər eyni ideologiyaya xidmət edən partiyalarla əməkdaşlıq etməyə hazırdır", - o deyib.

Payızda keçirilməsi nəzərdə tutulan solçu qüvvələrin ümumrespublika forumuna gəlincə, AKP sədri bildirib ki, foruma hazırlıq işləri aparılır. "Forumun sentyabrın sonu oktyabrın əvvələrində keçirilməsi nəzərdə tutulub. Forumun keçirilməsinin əsas məqsədi Azərbaycanda solçu ideyalarını geniş təbliğ etmək və dünya ictimaiyyətinə ölkədə siyasi plüralizmin olduğunu sübut etməkdir", - Qurbanov deyib.

Onun sözlərinə görə, Foruma xarici ölkələrin solçu partiyaları da dəvət olunacaq. "Forumun gedişindən asılı olaraq, müraciətin və ya bəyanatın qəbul olunacağı istisna olunmur", - AKP sədri bildirib.

Trend -un arayışı: Azərbaycanın solçu qüvvələrinin ümumrespublika forumunun təşkilat komitəsində Xalq Sosialist, Kommunist və Solçu Demokrat Partiyası təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti