Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir C.Babayeva /
Bakıda avqustun 3-6-da Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə akkreditə olunmuş attaşelərinin toplantısı keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin şənbə günü yayılmış məlumatında deyilir.
İclasda Silahlı Qüvvələrin xarici ölkələrdə və Beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşeləri ilə yanaşı, hərbi nümayəndələri də iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]